2018-ci ilin avqust ayında "Azərenerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,936 milyard kilovat-saat təşkil edib.

"Azərenerji ASC-nin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, 2017-cı ilin avqust ayında bu rəqəm 2,009 milyard kilovat-saat olub.

Bu dövr ərzində ölkə enerjisisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

Bununla yanaşı, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işlər davam etdirilib, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi diqqətdən keçirilir və bununla əlaqədar olaraq, ictimaiyyətin məlumatlandırılması məqsədilə ardıcıl tədbirlər görülür.