Kürdəmir rayonunda 30 yaşlı kişi qonşusu tərəfindən güllələnərək öldürülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Belə ki, Kürdəmir rayon sakini, Nəsrəddin Tusi küçəsi 3a ünvanında qeydiyyatda olan 44 yaşlı Mübariz Əlirza oğlu Əhmədov qısqanclıq zəminində qonşusu, 30 yaşlı Elsəvər İbrahimxəlil oğlu Məmmədovu ov tüfəngi ilə vurub. Yaralı ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Cərrahiyyə şöbəsinə yerləşdirilərək dərhal əməliyyata alınıb. Ancaq həkimlərin səyinə baxmayaraq, E.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Kürdəmir rayon Polis şöbəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Mübariz Əhmədov saxlanılıb.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.