Şri-Lanka prezidenti Maytripala Sirisena uzun müddət onun zənginə cavab verməyən bu ölkənin Avstriyadakı səfirini vəzifədən azad edib.

Unikal.org  xəbər verir ki, bununla bağlı AFP məlumat yayıb.

Məlumatlara görə, prezident ofisi saatlarla onlarla əlaqə saxlaya bilmədiyi üçün səfir və diplomatik missiyanın beş əməkdaşı qovulub.

"Sosial şəbəkədə insanlar səfirliyin bütün personalının azad edilməsini istəyib. Qoy, bu, digər səfirliklər üçün dərs olsun, - Sirisena bildirib.