Azərbaycan korporativ istifadəçilərin veb üzərindən ən az kiberhücumlara məruz qalan ölkələr sırasındadır. Cari ilin yanvar-iyul aylarında bu göstərici cəmi 16,1% təşkil edib.

Unikal.org technote-yə istinadən xəbər verir ki, bu barədə "Kaspersky Labın MDB ölkələrində kibertəhdidlər üzrə 2018-ci ilin ilk 7 ayının yekunlarına dair hazırladığı hesabatda bildirilir.

Hesabat dövründə Tacikistanda korporativ istifadəçilərin 24%-i kiberhücumlara məruz qalıb. Qırğızıstanda bu göstərici 23,4%, Belarusda - 23%, Ukraynada - 21,5%, Rusiyada - 19,4%, Ermənistanda - 19%, Qazaxıstanda - 18,9%, Moldovada - 16,7%, Türkmənistanda isə 12,6% təşkil edib. Göründüyü kimi, Azərbaycan korporativ istifadəçilərin veb üzərindən hücuma məruz qalan ölkələr sırasında 9-cu yeri tutur.

"Kaspersky Labın Rusiya və MDB üzrə icraçı direktoru Sergey Zemkovun sözlərinə görə, Azərbaycan üzrə aşağı göstərici ölkədə korporativ istifadəçilərin daha yaxşı qorunduğundan xəbər verir. O hesab edir ki, Azərbaycanda şirkətlər öz təhlükəsizlik səviyyələrinin artırılması üzrə aktiv iş aparırlar. Lakin, təəssüflər olsun, fərdi seqmentdə və kiçik və orta sahibkarlıq sahəsində piratçılıq səviyyəsi hələ də yüksəkdir:

"Kiçik ölkələrdə qlobal internet trafikin giriş nöqtələrinin sayı az olması səbəbindən yüksək səviyyəli təhlükəsizliyi təşkil etmək elə də çətin deyil. Məsələn, Türkmənistanda veb-təhdidlər ümumiyyətlə yoxdur. Belə ki, bu ölkə qlobal şəbəkədən təcriddir və veb-təhdidlər informasiyanın köçürülməsi şəklində xarici daşıyıcılar vasitəsilə əmələ gəlir.