Dünyanın bir sıra ölkələrində içməli su problem yaşanır.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, İraqda 27 minə yaxın insan sudan zəhərlənib.

Ölkə parlamentinin Nümayəndələr Palatasının sədr müavini Həsən ək-Kəəbi bildirib ki, hadisə Bəsrə əyalətində baş verib.

Onun sözlərinə görə, zəhərlənməyə içməli suyun çirklənməsi səbəb olub.