Mütəxəssislər axşam saatlarında ağır həzm olunan və orqanizmə stimullaşdırıcı təsir edən qidaları yeməyi tövsiyə etmirlər.

Unikal.org bildirir ki, alimlər belə qidaların siyahısını hazırlayıb.

- Düyü. Bu məhsul nişasta və asan mənimsənilən karbohitratlarda zəngindir, qanda şəkərin tez qalxmasına və sonra tez də düşməsinə səbəb olur. Düyü iştahanı artırır və orqanizmdə piylərin yığılmasına səbəb olur.

- Şirin un məmulatları (piroq, peçenye, tort və s.). Xüsusilə bu dükanlarda satılan hazır məmulatlara aiddir. Axşam saatların yeyildikdə belə məhsullar mübadiləni pozur və piylənməyə səbəb olur.

- Şirin meyvələr. İnsulinin yüksəlməsinə, iştahanın artmasına və piylərin yığılmasına səbəb olur.

- Şokolad. Tez mənimsənilən karbohidratlar və şəkər metabolik proseslərə mənfi təsir edir və həmçinin şokolad yuxusuzluğa səbəb olur.

- Duzlu qidalar, şorabalar. Mədə problemlərinə və yuxusuzluğa səbəb ola bilər.

- Fastfud qidaları.

- Qırmızı ət. Trozinlə zəngin olan qırmızı ət orqanizmdə adrenalinin ifrazını artırır. Bu hormon isə yuxusuzluğa səbəb ola bilər.

Bu səbəbdən şam yeməyində balıq və ya toyuq əti yemək daha faydalı sayılır.

- Kolbasa, sosis. Bu məhsulların istehlakı beyinə qıcıqlandırıcı təsir edir və beyini yorur.

- Qoz-fındıq. Kalorilərlə zəngindir və çətin həzm olunur.

- Xardal, qıtığotu kökü, istiot. Bu mədə problemlərinə və yuxusuzluğa səbəb olur.