Sumax tək ədviyyat deyil, bu əsl təbii dərmandır. Bitki olduqca güclü mikrob, iltihab və göbələk əleyhinə təsirə malikdir.

Unikal.org xarici mediaya istinadən sizə sumağın 10 faydasını təqdim edir:

1. Bu ədviyyat artritdən əziyyət çəkən insanlar üçün çox faydalıdır - iltihabı və ağrıları azaldır, oynaqların hərəkətliliyinin yaxşılaşmasına kömək edir. Həmçinin ədviyyat xalq təbabətində revmatizm və podaqra zamanı da müalicəvi vasitə kimi istifadə olunur.

2. Soyuqdəymə zamanı 1 çimdik sumağı 1 fincan isti suda dəmləyin, bir qədər soyuyanda bal əlavə edin və için. Bu çox effektli iltihabəleyhinə və hərarət salan vasitədir.

3. Sumax ürək-damar sistemi xəstəliklərinin və insultun profilaktikasında çox effektlidir.

4. Sumağın xərçəng əleyhinə təsiri var.

5. Sumağın sidikqovucuvə iltihabəleyhinə xüsusiyyətləri onu sidik ifrazı sistemi iltihabları zamanı çox faydalı edir.

6. Arıqlamaq istəyənlər mütləq bu ədviyyatı qidalarına əlavə etməlidir. Sumax piylərin parçalanmasını sürətləndirir, onların orqanizmdə yığılmasının qarşısını alır.

7. Sumax şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə kömək edir.

8. Ağız boşluğu, damaq iltihabları, damaqların qanaması zamanı sumağı isti suda dəmləyin və bu su ilə ağzınızı qarqara edir.

9. Sumax orqanizmi toksinlərdən, şlaklardan, ağır metallarını duzlarından təmizləyir.

10. İshal zamanı sumax dəmləməsi bağırsaqlara antiseptik təsir edir (mikrobları öldürür) və bağırsaqları yığır.