Metronun "Xətai stansiyası 2018-ci il sentyabr ayının 27-dən əsaslı təmirə bağlanır.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) "Xətai stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edəcək.

BNA-dan Unikal.org-a verilən məlumata görə, stansiya bağlanan gündən təmir işləri tam başa çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə son dayanacaq məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət edəcək.

"Bakı Metropoliteninin açıqladığı məlumata görə, "Xətai stansiyası 2019-cu ilin avqustun 1-dək bağlı olacaq.