Kürdəmirdə qətl hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, sentyabrın 18-də Kürdəmir şəhərinin C.Cabbarlı küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elsevər Məmmədova xəsarət yetirib hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş E.Məmmədov ölüb.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əhmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi "Girsan markalı ov tüfəngi götürülüb.