Qaraçuxur qəsəbəsində velosiped sürən balacanı maşın vurub.

Unikl.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə anı yaxınlıqdakı obyektlərdən birinin kamerasına tuş gəlib.

Kadrlardan da göründüyü kimi qəfil yola çıxan uşağı maşın vurur. Maşının zərbəsi ilə yerə yıxılan balaca xoşbəxtlikdən xəsarət almayıb.

Dərhal uşağın yanına qaçan yaşlı bir kişi daha sonra sürücü ilə mübahisə edib. Sürücü isə kişiyə cavab qaytarmağı azmış kimi hələ yumruq da atıb.

Həmin görüntüləri təqdim edirik: