19 Oktyabr 2018
18 Oktyabr 2018
Bakıda restoranda BİABIRÇILIQ: Administrator iki uşaq anası olan xadiməni zorladı
KRİMİNAL 15:09 / 19.09.2018
Bakının Binəqədi rayonunda zorlanma hadisəsi baş verib.

Unikal.org "Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, hadisə şadlıq evlərinin birində qeydə alınıb.

Şadlıq evində çalışan xadimə Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsinə şikayət edib. Kimliyi açıqlanmayan 40 yaşlı qadın şikayətində bildirib ki, şadlıq evinin administratoru onu zorlayıb.

Qadın bildirib ki, 2 uşağını dolandırmaq üçün işləməyə məcburdur. O, sentyabrın 17-də işə gec gəlib. Buna görə administratorla onun arasında narazılıq yaranıb.

Həmin gün, yəni sentyabrın 17-dən 18-nə keçən gecə toydan sonra administrator xadiməni təmizlik işləri görərkən zorlayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.