19 Oktyabr 2018
18 Oktyabr 2018
Müdafiə naziri hərbi hissədə yoxlama apardı - FOTO
SİYASƏT 16:00 / 19.09.2018
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, genişmiqyaslı təlimlərin planına əsasən, müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Təlimlər davam edir.