21 Oktyabr 2018
20 Oktyabr 2018
Rezidenturada boş qalan yerlər - SİYAHI
CƏMİYYƏT 18:13 / 19.09.2018

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturada boş qalan plan yerlərinə ərizə qəbulu elan edib.

Mərkəzdən Unikal.org-a verilən məlumata görə,ümumilikdə 31 plan yeri boş qalıb.

Onlardan 15 plan yeri ödənişli əsaslarla, 16 plan yeri isə dövlət sifarişi əsasında qəbul aparılan ixtisaslardır.

Bildirilib ki,müasir dövrdə epidemiologiya ixtisası üzrə həkim-mütəxəsislərə tələbat daima artır, boş qalan plan yerlərinin 6-sı (3-ü ödənişli əsaslarla, 3-ü isə dövlət sifarişi əsasında) tibbi profilaktika istiqamətinə aid olan epidemiologiya ixtisası üzrədir. Bu ixtisas üzrə ümumilikdə 9 plan yeri ayrılıb. Qeyd olunub ki, əhalinin sayının sürətlə artması sanitar-epidemioloji xidmətin səviyyəsinin də təkmilləşdirilməsini tələb edir. Sanitar-epidemioloji xidmətin artan tələbatı ödəyə bilməməsi bir sıra yoluxucu xəstəliklərin sürətlə yayılmasına və epidemiya halına keçməsinə şərait yaradır. Bundan başqa, bioterrorizm müasir dövrün aktual problemlərindən birinə çevrilmişdir. Belə təhlükəli vəziyyətlərin profilaktikası üçün epidemiologiya ixtisası üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac var və ixtsias seçimində namizədlərin bunu nəzərə almaları tövsiyə olunur.

Boş qalan plan yerlərinin siyahısı aşağıdakı cədvəldə əks olunub:

KoduAdıSay

ı

Təhsil haqqı
Azərbaycan Tibb Universiteti
311511Psixiatriya (GəncəŞəhəriPsixiatriyaXəstəxanası)1
311682Ftiziatriya1
311796Epidemiologiya1
ödənişliəsaslarla
311869Kardiologiya14000
311974Stomatologiya24000
311982Gigiyena14000
311803Epidemiologiya14000
Ə.ƏliyevadınaAzərbaycanDövlətHəkimləriTəkmilləşdirməİnstitutu
313245Psixiatriya2
313261Terapiya1
313367Gigiyena1
313334Pediatriya1
*313359Mikrobiologiya1
ödənişliəsaslarla
313472Narkologiya34000
313489Ftiziatriya34000
313512Gigiyena24000
313529Epidemiologiya24000
RespublikaMüalicəviDiaqnostikaMərkəzi
337116Anesteziologiya-reanimatologiya1
NaxçıvanDövlətUniversiteti
361124Otorinolarinqologiya1
361181Patolojianatomiya, məhkəmətibbiekspertiza1
361221Stomatologiya1
361246Epidemiologiya2
GəncəşəhəriAbbasSəhhətadına1nömrəlişəhərxəstəxanası
363117Anesteziologiya-reanimatologiya (Gəncə Şəhəri Abbas Səhhət adına 1 nömrəli ŞəhərXəstəxanası)1

Müsabiqədə iştirak etmək istəyən namizədlər sentyabrın 20-21-dəsaat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.

2018/2019-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir.

Ödənişli əsaslarla qəbul aparılan ixtisaslara qəbul olmuş namizədlərə qəbul olduğu klinik baza ilə razılaşdırılmaqla ödənişi hissə-hissə aparmağa imkan verilir.

Qeyd edək ki, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 439 yerdən ibarət olub. Onlardan 36 ixtisas üzrə 100 yer ödənişli əsaslarla nəzərdə tutulub. Bu il, həmçinin ilk dəfə olaraq bölgələrin səhiyyə müəssisələrində həkim-mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq rezidenturaya məqsədli qəbul (49 plan yeri üzrə) aparılıb.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.