21 Oktyabr 2018
20 Oktyabr 2018
Prezidentin yeni vəzifə verdiyi Sadiq Sadıqov kimdir? - FOTO
CƏMİYYƏT 19:44 / 19.09.2018

Xəbər verdiyimiz ki, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Sadiq İzzət oğlu Sadıqov Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib.

Unikal.org xəbər verir ki, Sadiq Sadıqov 2015-2016-cı illərdə "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin birinci müavini vəzifəsində çalışıb.

2018-ci ilin 13 martında isə prezident İlham Əliyevin sərəncamı ilə S. Sadıqov Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Nəhayət bugünkü təyinat S.Sadıqovu Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədri vəzifəsinə gətirib.

Qeyd edək ki, Sadiq Sadıqov məşhur həkim İzzət Sadıqovun oğlu, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqovun qardaşıdır.