21 Oktyabr 2018
20 Oktyabr 2018
Tramp ermənilərə görə Azərbaycanı qurban verməz
SİYASƏT 20:13 / 19.09.2018

Ermənistandan fərqli olaraq, Azərbaycanın ABŞ-ın tərəfdaşı olmaq üçün real imkanları var. 

Unikal.org xəbər verir ki, bunu virtualaz.org-a Tennessi ştatı Universitetinin politologiya profüssoru Andrey Korobkov deyib.

Eyni zamanda, ekspert hesab edir ki, Amerikanın keçmiş liderlərindən fərqli olaraq, prezident Tramp lobbi dairələrinin təsiri altında deyil.

"Buradakı erməni diasporu artıq əvvəlkitək Ağ Evə təsir edə bilmir. Tramp iş adamıdır və hər şeyə kommersiya baxımından məqsədəuyğunluq prizmasından yanaşır. Azərbaycan regionda strateji əhəmiyyətə malikdir, deməli, Tramp erməni lobbisinin maraqları naminə bu ölkə ilə münasibətlərini qurban verməz”, - A.Korobkov mülahizə yürüdür.

Bununla bərabər, o əmindir ki, hələlik Qarabağ münaqişəsibnin həllində ciddi dəyişikliklər gözləmək əbəsdir, çünki tərəflərdən heç biri öz mövqeyindən çəkilməyə hazır deyil. Nəzərə alsaq ki, onlar bir-birinə daban-dabana ziddir, ciddi irəliləyişə ümid etmək çətindir.

"Son illər ərzində belə münaqişələrin hərb yolu ilə həllinə bır sıra cəhdlər olub, lakin onlar problemin həllinə deyil, onun daha da dərinləşməsinə səbəb oldular. Buna görə də, zəruridir ki, Qarabağ münaqişəsinin tərəfləri hərbi əməliyyatların bərpasına yol verməsinlər, çünki bu bütün regiona mənfi təsir göstərəcək”, politoloq xəbərdarlıq edir.

O, bu məsələdə Avropaya bel bağlamağı da məsləhət görmür, belə ki, politoloqun fikrincə, burada baş vermiş böhranla əlaqədar avrapolılar hazırda öz problemlərinin həlli ilə məşğuldurlar və çətin ki, Qarabağ kimi münaqişələrin həllində onlardan hansısa bir hərəkət gözləmək mümkün olsun.