Xəbər verdiyimiz kimi, azərbaycanlı iş adamı Etimad İsmayılov İstanbulda silahlı basqına məruz qalıb.

Unikal.org bildirir ki, başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ədalət Partiyasının sədri İlyas İsmayılov teleqraf.com-a açıqlamasında Türkiyədə qətlə yetirilən şəxsin oğlu Etimad İsmayılov olduğunu təsdiqləyib.

Qeyd edək ki, Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində öldürülüb.