Adı iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətlində şübhəli bilinən Gözəl Dəmirov kimdir?

Unikal.org xəbər verir ki, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun "Fənərbaxça klubunun sabiq prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur. Bəzi məlumatlara görə, o, silah qaçaqçılığı ilə də məşğul olur.

Onun adı saxta sənəd hazırlamaqda da hallandırılır.

Qeyd edək ki, G.Dəmirovun adı Türkiyədə tanınmış iş adamı Yaşar Sönmezin qızının toyunda iştirakı zamanı gündəmə gəlmişdi.