Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda cüdo üzrə dünya çempionatına start verilib. Yarış sentyabrın 27-dək davam edəcək.

Azərbaycan cüdo üzrə milli komandanın keçmiş baş məşqçisi Fərhad Məmmədovun şəxsi tələbələri Elmar Qasımov, Rüstəm Orucov və Orxan Səfərov da həmin yarışda özlərini sınayırlar.

F.MəmmədovUnikal.org-a açıqlamasında çempionata federasiyadan heç bir dəvət almadığını və yarışda qurum rəsmiləri tərəfindən görməzdən gəlindiyini söyləyib. Bildirib ki, tələbələrinin israrı ilə onları dəstəkləmək üçün çempiona tamaşaçı qismində qatılıb:

"Yarışı izləməyə tələbələrimin istəyi ilə gəldim. Onlara dəstək olmaq üçün buradayam. Yarışda oturub izləməyimi də tələbələrim təşkil edib.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasında ayrıseçilik üzündən qalmaqal yaşanmışdı. Hər şey Fərhad Məmmədovun icra etdiyi baş məşqçi postuna ukraynalı Ruslan Maşurenko gətirildikdən sonra baş vermişdi. F. Məmmədov köməkçi məşqçi kimi işini davam etdirsə, də o yeni baş məşqçinin hər gün dəyişən qərarlarla razılaşa bilməyib istefa vermişdi. Federasiya da yeni baş məşqçi ilə razılaşıb F.Məmmədova dəstək olmamışdılar.

Aygün İlqarqızı