Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun cənazəsi yaxınlarına təhvil verilib.

Unikal.org xəbər verir ki, ofisində güllələnən Etimad İsmayılovun cənazəsi bu gecə ekspertiza olunması üçün İstanbul Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılmışdı.

Ekspertizadan sonra İsmayılovun cənazəsi yaxınlarına verilib. Artıq mərhumun cənazəsi Bakıya gətirilməsi üçün hava limanına aparılıb.