Türkiyə adına çıxış edən azərbaycanlı atlet Ramil Quliyevin məşqçisi Oleq Muxin də Türkiyə vətəndaşlığına qəbul edilib.

Unikal.org-un məlumatına görə, bu barədə Türkiyə Aletika Federasiyasının prezidenti Fatih Çintimar məlumat verib.

Onun sözlərinə görə, idmançının məşqçisi Türkiyə Xarici İşlər Nazirliyinə vətəndaşlıq almaq üçün müraciət edib və onun müraciəti qəbul olunub.

Azərbaycanlı məşqçinin uzun müddətdir Quliyevlə çalışdığını vurğulayan Çintimar sözlərinə belə davam edib:

"Uğru qazanmış məşqçimizdir. Bundan öncə Ramil Türkiyə vətəndaşlığına qəbul etdiyi üçün o özü də keçmək istədi. Onsuz da türk idi, sadəcə şəxsiyyət vəsiqəsi yox idi. Biz bunu belə dəyərləndirirk. Məşqçisinin Türkiyə vətəndaşlığına keçməsi idmançının da çxışına daha müsbət təsir edəcək.