İstanbulda bel yırtığından əziyyət çəkən Tamel Aykut qonşularının tövsiyəsi ilə türkəçarəyə baş vurub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o bunun üçün özünü "şəfa verən adlandıran şəxsin yanına gedib. Həmin şəxs müalicəyə başlayanda "Mənə dua edəcəksən" deyib. Amma onun "müalicəsi nəticəsində T.Aykut şikəst qalıb.

"Ayaqlarımla getdim, sürünərək gəldim deyən T.Aykut saxtakar "şəfa verənin gördüyü "müalicə ilə bağlı bunları danışıb:

"Budlarım ağrıyır. Diz qapaqlarımdan aşağısı tutmur. Orada iniləyirəm, qışqırıram ki etmə! Hələ üstəlik məndə pul da aldı. 30 tl qarşılığında bu işi gördü. Dedim anlamırsansa bu işi görmə, məni şikəst edərsən. "2 gün sonra gələcək və mənə dua edəcəksən" dedi. Alətlərlə vura-vura damarlarda zədələnmə və içəridə qan laxtalanması yaranmasına səbəb olub. Qismən bir iflic keçirmişəm