Moskvanın Basmannı rayon məhkəməsi Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanovu müğənni Avraam Russonun oğurlanmasında müqəssir bilərək iki ay müddətinə həbs edib.

Unikal.org  RİA "Novosti"yə istinadən xəbər verir ki, qərarı hakim Yelena Lenskaya elan edib.

Qeyd edək ki, bir müddət əvvəl Avraam Russo hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, onu 2004-cü ildə biznesmen Telman İsmayılovun sifarişinə əsasən oğurlayıb və döyüblər.