"Lalə qızlar ansamblının keçmiş üzvü Elmira Əliyeva ARB-nin "Səhər-səhər verilişində qonaq olub.

Unikal.org xəbər verir ki, sənətkar proqramda keçmiş həyat yoldaşı ilə bağlı dəhşətli faktlar açıqlayıb.
O, həyat yoldaşının onu dəfələrlə döydüyünü, hətta bir dəfə bıçaqla ona hücum edərək öldürmək istədiyini söyləyib.