İsrail Hərbi-Hava Qüvvələrinin komandanı Amikam Norkin Moskvada rusiyalı həmkarı ilə görüşüb.

Unikal.org bildirir ki, görüşdə Rusiyanın İl-20 təyyarəsinin Aralıq dənizi üzərində vurulması məsələsi müzakirə olunub.

İsrailli zabitlər rusiyalı həmkarlarına baş vermiş hadisə ilə bağlı hesabat və İsrail ordusu tərəfindən aparılan araşdırmanın nəticələrini təqdim ediblər.

Söhbət zamanı tərəflər Suriyada addımlarının koordinasiyasının davam etdirilməsi ilə bağlı razılığa gəliblər.