Bu gün Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçirilir.

Unikal.org xəbər verir ki, Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda Türkiyə parlamentinin sədri Binəli Yıldırım, Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədri Mladen Boşiç, Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsveta Karayançeva, Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari, Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munziri, Bəhreyn Şurasının sədri Əhməd bin İbrahim Əl-Mulla, Küveyt Dövlətinin Millət Məclisinin sədri Mərzuq Əli əl-Äžanim, Qırğızıstan parlamenti - Joqorku Keneşinin sədri Dastanbek Cumabekov, Cibuti Respublikası Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd, Səudiyyə Ərəbistanının Məşvərət Şurasının sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Əl-Şeyx, Sudan Milli Məclisinin sədri İbrahim Əhməd Ömər iştirak edir.

Bundan əlavə, ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Həmçinin təntənəli iclasa Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamenti, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri qatılması gözlənilir.

Qeyd edək ki, xüsusi iclasda ölkə prezidenti İlham Əliyevin də iştirak edir.