"Qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılır.

Unikal.org Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp müstəqillik günü münasibətilə Ermənistanın baş naziri Nikol Paşinyana göndərdiyi məktubda bildirib.

"ATƏT-in Minsk qrupunun həmsdər dövləti kimi ABŞ münaqişənin uzunmüddətə dinc yolla həlli üçün sizinlə işləməyə hazırdır, - D.Tramp vurğulayıb.