Rza Zərrabın Nyu-Yorkda lüks şəraitdə yaşadığı məlum olub. 

Əslən azərbaycanlı  Türkiyə vətəndaşı olan  iş adamı ötən həftə görüntüləndiyi "Nobu" restoranının qarşısındakı "Four Seasons Downtown" adlı otelə  daxil olarkən kamerların obyektivinə tuş gəlib. 

Unikal.org xəbər verir ki,  "Hürriyyət" qəzetinin müxbiri Razi Canikligil onun bu görüntülərini lentə alıb.

Rza Zərrabın oteldə başqa bir adla yaşadığı bildirilir. Xəbərdə qeyd edilib ki,  Zərrab "Hürriyət"in müxbirini görərək tez otelə qaçıb.

Diqqət çəkən məqamlardan biri də Zərrabın xüsusi mühafizəçilər və Federal Təhqiqatlar Bürosunun agentləri tərəfindən qorunmamasıdır.

Xatırladaq ki, 2016-cı ilin martında İrana qarşı tətbiq olunan sanksiya qərarını pozmaqda ittiham olunaraq ABŞ-da həbs olunan Rza Zərrab məhkəmədə etirafçı olduqdan sonra sərbəst buraxılıb.