Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi ilə əlaqədar keçirilən bugünkü iclasda çıxış edib. Parlament sədri çıxışı zamanı Azərbaycan dilində danışıb.

Unikal.org xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan dilində çıxış edərək "azadlığımız, gələcəyimiz, əminamanlığımız bir-birinə bağlıdı deyib.

"Birlikdə ağlayar, birlikdə gülərik. Ümidlərimiz, xəyallarımız və ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtələrdə birləşir. Azərbaycanda soyuq olsa, biz üşüyərik. Azərbaycana soyuq dəysə, biz xəstələnərik. Biz əcnəbi dövlətlərin adlarını sayanda Azərbaycanı o kateqoriyaya daxil etmərik. Çünki Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyə".