ABŞ-ın Nyu-York şəhərindəki Kuins rayonunda qadının uşaq bağçasına hücumu nəticəsində azı 5 nəfər, o cümlədən 3 azyaşlı uşaq bıçaq xəsarətləri alıb.

Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, bıçaqla silahlanmış qadın gecə-gündüz bağçasına sentyabrın 21-də yerli vaxtla saat 4:00 radələrində hücum edib. Xəsarət alanların həyatı üçün hazırda heç bir təhlükə yoxdur. Uşaqlardan birinin ciddi yara aldığı bildirilir.

Polisin məlumatına əsasən, cinayəti törədən 52 yaşlı qadın saxlanılıb. Hadisə ilə əlaqədar təhqiqat başlayıb.(yenicag.az)