"Beşikatşla "Fənərbaxça arasında keçiriləcək qarşılaşma ərəfəsində azarkeşlər yenə etdiyi hərəktlə gündəm olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Beşiktaş fanatları derbi ərəfəsində "Fənərbaxçaya sataşıblar. "Qartal fanatları İstanbulun küçələrindən birində qapıçıları Lorius Kariusun oxşarı ilə rastlaşıblar.

Fanatlar bu fürsəti boşa verməyərək, həmin azarkeşə "Fənərə qarşı işlətdikləri söyüşü öyrədiblər. Həmin şəxs 3 dəfə bu sözləri təkrarlayandan sonra "Beşiktaş azarkeşlərinin əlindən qurtula bilib.
İstanbul derbisi sentyabrın 24-də keçiriləcək.