Türkiyənin Kocaeli əyalətinin Körfəz bölgəsində mikoravtobus aşması nəticəsində bir nəfər ölüb, 18 nəfər yaralanıb.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Anadolu avtomobil yolunun Şirinyalı hissəsində orta məktəb və lisey şagirdlərini aparan mikravtobusun sürücüsünün idarəetməni itirməsi səbəbindən maşın aşıb.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım heyəti cəlb olunub. 

Şagirdlər İstanbulda keçirilən TEKNOFEST-də (Texnoloji festival) iştirak etmək üçün Aksaraydan yola düşübmüşlər.