Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycanda keçirilən Dünya Çempionatını tribunadan izləyəcək. 

Unikal.org Rusiya mətbuatına istnadən xəbər verir ki, Putin sentyabrın 25-də Bakıda olacaq. 

O elə həmin gün V.Putinin Milli Gimnastika Arenasına yollanacaq və  çempionatın altıncı yarış gününün görüşlərini izləyəcək. 

Həmin gün Rusiya təmsilçilərindən tatami üzərinə kişilərdən Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi Kirill Denisovla Niyaz İlyasov (hər ikisi 100 kq), həmçinin qadın cüdoçu Aleksandra Babintseva (78 kq) çıxış edəcək.