Daxili İşlər Nazirliyinin əməkdaşları xuliqanlıq edən şəxsi saxlayıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, sentyabrın 21-də Nəsimi rayonunun R.Behbudov küçəsində naməlum şəxs Bakı şəhər sakini Şirazi Qarayevi bıçaqla hədələmiş, habelə "Mercedes markalı avtomobilinin şüşəsini və güzgüsünü sındırıb

Hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini Şahin Səmədov Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.