21 Oktyabr 2018
20 Oktyabr 2018
Kərəm Həsənov Lənkəranda vətəndaşlarla görüşəcək
CƏMİYYƏT 09:57 / 24.09.2018
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 28 sentyabr 2018-ci il tarixində Lənkəran şəhərində vətəndaş qəbulu keçirəcək. 

Unikal.org xəbər verir ki, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Lənkəran rayonu ilə yanaşı Astara, Lerik rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Əmlak Məsələləri Dövlət Komitəsinin Lənkəran ərazi şöbəsi:

(02525) 5-15-13, 5-33-57
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi:
(02525) 4-71-86, (02522) 5-16-73