Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbə sakini Ağababa Rəhimov ünvanına gələn inzibati protokoldan təəccüblənib. 

Unikal.org xəbər verir ki, bu barədə Avtosfer.az-a müraciət edən vətəndaş deyir ki, ona gələn MMX 7787848 nömrəli protokola idarə etdiyi VAZ 2105 markalı, 10 FG 836 dövlət nömrə nişanlı avtomobili ilə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 253-cü km-də radara düşdüyü qeyd olunub.

Amma maraqlısı odur ki, onun avtomobilinin nömrəsi və markası yazılan protokoldakı fotoda tamamilə başqa dövlət nömrə nişanı olan "Prado" markalı avtomobil var. Sürücü deyir ki, heç vaxt həmin istiqamətdə hərəkət etməyib. Həmçinin şəkildəki "Prado" da onun deyil. Çünki protokolun altında yazılan VAZ 2105 markalı avtomobili sürür. 

Sürücü DYP-yə müraciət edərək məsələnin araşdırılması və həllini tapmasını xahiş edib.