21 Oktyabr 2018
20 Oktyabr 2018
Bakının məşhur otelində 21 yaşlı qız QƏTLƏ YETİRİLDİ - DİN MƏLUMAT YAYDI (YENİİLƏNİB)
KRİMİNAL 12:20 / 24.09.2018
Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda "Oskar” otelində baş vermiş qətllə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki oteldə Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

"İsti izlər”lə həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

11:58

Abşeron rayonunda oteldə qətl baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, "Oskar” otelində 35 yaşlı Nəriman Əliyev 21 yaşlı Aysel Orucovanı bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb.