2018-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.

Unikal.org-un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sentyabrın 25-də Qusarda KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük islahatları və modernləşdirilmə" mövzusunda təşkil edilən təlimin açılış mərasimində deyib.

O bildirib ki, 2016-cı ildə elektron ticarətdən 19 min, 2017-ci ildə isə 16 min manat yığıldığı halda, 2018-ci ildə elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.

İ.Babayevin sözlərinə görə, buna səbəb isə bu istiqamətdə aparılan ardıcıl islahatlardır:

"Hazırda komitə 3 istiqamətdə islahatlar aparır. Əsas məqsəd rüşvət və korrupsiyanın qarşısını almaqdır. İslahatlar beynəlxalq standartlara uyğun həyata keçirilir".

Qeyd edək ki, komitə tərəfindən aparılan 3 istiqamətdə islahatlara "Gömrük-Biznes", "Gömrük-Hökumət", "Gömrük-Gömrük" daxildir.