Sabirabad rayonunda 52 yaşlı qadın bıçaqlanıb.

Unikal.org-un report-a istinadən məlumatına görə, rayon sakini, 1966-cı il təvəllüdlü Vəfa Ağasalah qızı Bağırova çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəni V.Bağırovanın keçmiş həyat yoldaşı törədib.

Faktla bağlı araşdırma aparılır.