"Terminator filmi bütün dünyada daha çox məşhurluq qazanan, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger İtaliyada ticarət mərkəzlərinin birində görüntülənib.

Unikal.org xəbər verir ki, 71 yaşlı Arnold Şvartsenegger sevgilisi Heather Milligan ilə İtalyanın Milano şəhərində ticarət mərkəzlərinin birində alış-veriş edərkən görüntülənib.

Bir mağazada saatlarla alış-veriş edən cütlük,satıcılarla da söhbət ediblər.

Şvartseneggerin bədən qurluşunu qorusa da, saç və saqqalının tamalilə ağarması diqqət çəkib.