Türkiyənin məşhur müğənnisi Hadisə və bacıları arasındakı gərginlik davam edir.

Unikal.org Türkiyə KİV-nə istinadən məlumat verir ki, sənətçinin bacısı Hülya Açıkgöz Hadisənin layihələrin birindən qazandığı 12 milyon lirəni mənimsəyib. Bu haqda ölkənin qəzetlərində qeyd edilib:

"Hadisənin keçmiş meneceri və bacısı Hülya Açıkgöz haqqında şok iddia. Bacıların anasının intihar cəhdi onlar arasında problemlərin yaranmasına səbəb olub. Müxtəlif qaynaqlardan gələn məlumata görə, Hülya Hadisənin layihələrindən gələn gəliri ələ keçirib. Belə ki, o, bacısının 12 milyon lirəsini götürüb və Belçikaya gedib.