Sərhədi pozaraq Ermənistan tərəfinə keçən 16 yaşlı türk gənc Umut Ali Özmen Türkiyəyə geri qayıdıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk vətəndaşı Qarsın Akyaka vilayətindəki Küçükdurduran kəndində heyvanları otladarkən sərhədi pozduğu üçün Ermənistanda həbs olunmuşdu. Umut Ali Özmen 64 gün həbsxanada qaldıqdan sonra ötən gün sərbəst buraxılıb. Türk gənc bu gün evinə dönüb.

Türkiyə bayrağı ilə görüntülənən Ali jurnalistlərin suallarını cavablandırıb. Müxbirlərdən biri ona "dillərini bilmirdin, bir-birinizi necə başa düşdünüz? sualını verib. Umut Ali Özmen "Əl-qol hərəkətləri ilə-¦ Orda azərbaycanca bilən bir nəfər var idi. Onun vasitəsiylə anlaşa bilirdik deyə cavab verib.