İndoneziyanın Palu şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 420-yə çatıb.

Unikal.org-un məlumatına görə, bu barədə Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarənin rəhbəri bildirib.
İdarənin rəhbəri qeyd edib ki, söhbət yalnız Palu şəhərində ölənlərdən gedir. Digər şəhərlərdə həlak olanların sayı hələ dəqiqləşdirilməyib.
Xatırladaq ki, sentyabrın 28-i Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub.
 Daha sonra Palu şəhərində 2 metr hündürlüyü olan sunami baş verib.

xxx

İndoneziyada güclü zəlzələ və daha sonra baş vermiş sunami nəticəsində ölənlərin sayı 384 nəfərə çatıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin nümayəndəsi məlumat verib.

Bundan əlavə, 356 nəfərin xəsarət aldığı bildirilir.

09:33

İndoneziyada güclü zəlzələdən sonra baş verən sunami nəticəsində 48 nəfər ölüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İndoneziya Səhiyyə Nazirliyi ölənlərin sayının artacağını istisna etmir.

Xəsarət alanların dəqiq sayı hələlik məlum deyil.

Qeyd edək ki, sentyabrın 28-də İndoneziyanın Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunub.