ATV-də yayımlanan "Bizimləsən" verilişində əməkdar artist Tünzalə Əliyevanın mənzil kreditinin toplanması üçün başlanan yardım aksiyası bir çoxlarının qınaq obyektinə çevrilib.

Unikal.org xəbər verir ki, bu dəfə aparıcı Cavid Gül İnstaqram hesabında paylaşım edib.

O, səhifəsində bahalı avtomobil şəkli yerləşdirərək, "İstəyirəm mən də son günlərin trendinə qoşulum. İmkan daxilində ilkin ödəniş edim, görəsən, qalanını da ağlayıb yığaram?" qeydini yazıb.