Bərdə bazarında oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə sentyabrın 28-də Alpoud kəndində yerləşən bazarda qeydə alınıb.

Belə ki, Bərdə rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bazarda Tərtər rayon sakini Ziyəddin Muradovun cibindən 1170 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Bəkirov saxlanılıb.