Yunanıstandan gələn 'Zorba' tropik qasırğası Türkiyəyə daxil olub.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, artıq qasırğa ilə bağlı İstanbul valiliyi əhaliyə xəbərdarlıqda edib. Xəbərdarlıqda bildirilir ki, qasırğa güclü külək, şiddətli yağış, torpaq sürüşməsi və dənizdə nəhəng dalğalar yaradır. Bunun üçün İstanbulun qərb rayonlarında əhali diqqətli olmalı, dənizə çıxışlarını dayandırmalıdırlar.

Artıq qasırğa səbəbindən İstanbulun bir sıra ərazilərdə elektrik verilişinin verilməsi dayandırılıb.

Meteorologiya Mərkəzindən bildirilib ki, qasırğa sabaha kimi davam edəcək.