"Düz bazar" proqramının növbəti qonağı mərhum reper Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova olub.

Unikal.org xəbər verir ki,  Sona İbadova uzun müddətdir xəstəlikdən əziyyət çəkir: 

"Süd vəzimdə mastopatiya var. 2011-ci ildən hər gün dərman atıram. Xərçəng olmasam da, onkoloji klinikaya gedib gəlirəm. Həkim deyir ki, iki süd vəzim də kəsilməlidir. Çünki bədənimdə şiş daşıyıram. Ən xırda bir səhv onu xərçəngə çevirəcək. Şüa olsa, olacam xərçəng.

Kirayə yaşayıram, özüm çalışıram və oğluma baxıram".