"Aşk-ı Memnu serialında rol alan aktrisa Nebahat Çehre arxiv fotosunu yayımlayıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, o, şəkli 642 minlik İnstaqram hesabında paylaşaraq "17 yaş qısa başlığını yazıb. İzləyiciləri aktrisanı tanıya bilmədiklərini və çox dəyişdiyini vurğulayıblar.

Qeyd edək ki, Çehre hazırda 74 yaşındadır.