İranın bir neçə vilayətində yüzlərlə insan spirtli içkidən zəhərlənib.

Unikal.org-un məlumatına görə, bu barədə ISNA agentliyi xəbər verib.
Fövqəladə xidmətlərin nümayəndəsinə istinadən yayılan məlumata görə, Şimali Xorasan, Hürmüzqan, Kohqiluyə və digər vilayətlərdə spirtli içkidən 290 nəfər zəhərlənib. Onlardan 24-ü ölüb.

Qeyd edilir ki, ölkədə spirtli içkidən istifadə qanunla qadağan edilib.