Meksikanın Quanxuato ştatında polis əməkdaşları onlara hücum edən cinayətkar qruplaşmanın 10 üzvünü güllələyib.

Unikal.org-un məlumatına görə, bu barədə "Universal" nəşri xəbər verib.

Bildirilir ki, Herekuaro rayonunda "Halisko - Yeni nəsil" qruplaşmasının üzvləri ölkənin federal polisinin xüsusi təyinatlı dəstəsinə hücum edib. Sayca cinayətkarlardan az olmalarına baxmayaraq, yaxşı təlim görmüş polis əməkdaşları hücumçulardan 10-unu öldürüblər. Silahlı qarşıdurma zamanı daha 5 nəfər yaralanıb. Onlar arasında 1 polis əməkdaşı və 1 həkim də var.

Geri çəkilən cinayətkarlar asan şəkildə qaçmaq üçün şosedəki avtomobilləri yandırıblar. Atışmanın baş verdiyi ərazidə cinayətkarların 7 avtomobili müsadirə edilib. Onlardan 4-ü axtarışda olub.