Türkiyədə turistləri daşıyan mikroavtobus aşıb.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Antalyanın Kəmər rayonu ərazisində qeydə alınıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Məlumata görə, həlak olanlar və yaralılardan biri rumıniyalı turistdir.

Bildirilir ki, qəzaya səbəb mikroavtobusun sürüşərək yoldan çıxması olub.